“80% məşhur fizikaçı Tanrıya inanır” iddiası tez-tez yayılır, amma faktlar bunu təsdiqləmir. 1998-ci ildə ABŞ-ın Milli Elmlər Akademiyasının üzvləri arasında aparılan araşdırma göstərib ki, yalnız 7% alim Tanrıya inanır, 55% isə heç bir dini inama sahib deyil.
Alimlər arasında inanclar sahəyə və ölkəyə görə də dəyişir: fizikaçılar bioloqlara nisbətən daha az dini inanca sahibdir. ABŞ-da alimlərin 34%-i, Avropada isə 20%-dən azı Tanrıya inanır. Dini dəyərlərin güclü olduğu ölkələrdə bu göstərici 50%-dən çox ola bilər.
Ekspertlər vurğulayır ki, məşhur alimlər arasında Tanrıya yüksək faizlə inam faktı yoxdur və bu mövzu elmi mühitdə hələ də müzakirə olunur. Ən məşhur fizikaçılar, məsələn, Albert Einstein Tanrını metaforik mənada (təbiət qanunları) şəklində anlayırdı, Stephen Hawking isə Tanrının mövcudluğunu rədd edirdi, Richard Feynman isə agnostik/ateist idi...
Dünyada yaş qrupları arasında dini inam və Tanrıya münasibətdə fərqlər açıq şəkildə görünür. Araşdırmalar göstərir ki, yaşlı nəsil gənclərə nisbətən daha dini və Allaha inam baxımından aktivdir.
Məsələn, ABŞ-da 18–29 yaş arasındakı gənclərin yalnız təxminən 30–35%-i Tanrıya inandığını bildirir. Eyni ölkədə yaşlı nəsildə bu göstərici 60–70% civarındadır (Pew Research Center, 2017).
Region fərqləri də diqqət çəkir. Avropa və Şimali Amerikada gənclər arasında ateizm və agnostisizm daha geniş yayılıb. Afrika, Yaxın Şərq və Cənubi Asiyada isə gənclər nisbətən dini və Allaha inam baxımından yüksək göstəricilərə malikdir. Lakin böyük şəhərlərdə belə gənclərin dini praktikası azalır.
Ekspertlər bu fərqləri təhsil səviyyəsi, urbanizasiya və sosial medianın təsiri ilə izah edir. Təhsil və elmi biliklər gənclərin dini inamını passivləşdirir, sosial media isə onları müxtəlif dünyagörüşləri ilə tanış edir. Əksinə, yaşlı nəsil ənənəvi ailə və icma təsiri altında olduğundan dini inam daha möhkəmdir.
Beləliklə, qlobal statistika göstərir ki, yaşlı nəsil Tanrıya daha çox inanır, gənclər isə getdikcə daha az dini təcrübəyə sahib olur. Region və mədəniyyət isə bu fərqə ciddi təsir göstərir...
Elbəyi Həsənli
visiontv.az