Dünyamızın balaca sakinləri...
02.04.2019

2 aprel -Beynəlxalq uşaq kitabı günü

Aprelin 2-si  tarixi dünyada Beynəlxalq Uşaq Kitabı Günü kimi qeyd edilir.  Uşaq ədəbiyyatı gününün məhz bu tarixə təsadüf etməsinin maraqlı tarixçəsi var.  Belə ki, məşhur nağılçı Hans Xristian Andersen 1805-ci il aprelin 2-də anadan olub. Onun anadan olmasını isə  alman yazıçısı Yella Lepman təklif edib. Beləliklə 1967-ci ildə Beynəlxalq Uşaq Kitabları Şurası tərəfindən Danimarka yazıçısı Hans Xristian Andersenin dünyaya gəldiyi gün – aprelin 2-si Beynəlxalq Uşaq Kitabı Günü kimi təsis edilib. Bu əlamətdar günün qeyd olunmasında məqsəd cəmiyyətin diqqətini uşaq ədəbiyyatına, onun problemlərinə cəlb etməkdir. 

 

Ümumiyyətlə qeyd edək ki, uşaq kitablarının tarixi 1477-ci ilə gedib çıxır. Hələ antik yunan müəllifi Ezopun mahnılarının yazılı kitab şəklində çap edilməsi bu günün yaranması haqqında çıx şey deyir. Bundan əlavə bəzi peqaqoqlar da var uşaqlara dünyanı tanıtmaq üçün rəsmli kitablar nəşr etdirib. Onlardan biri də 1658-ci ildə çex maarifçisi və pedaqoqu Y.A.Komenskidir. Belə ki vurğulayaq ki, XVIII əsrdən uşaqlara öz zövqlərinə görə kitab seçmək imkanı yaranıb. Daniel Defo və Conatan Sviftin “böyüklər” üçün yazılmış “Robinzon Krunzo”  və “Qulliverin səyahəti” romanları ideal formada uşaqların oxu dairəsinə adaptasiya olunub. Qrimm qardaşlarının nağıllar kitabı bu baxımdan diqqəti cəlb edir. H.X.Andersenin 1846-cı ildən başlayaraq qələmə aldığı nağılları uşaqlar bu gün də çox sevirlər.

 

Sonralar yazıya alınaraq kitablara köçürülən xalq nağıllarına da maraq artıb. XIX-XX əsrlər Azərbaycanda uşaq ədəbiyyatının inkişafı ilə xarakterizə olunub. Beynəlxalq Uşaq Kitabı Günü ölkəmizdə də qeyd olunur. Həmin gün müxtəlif rəsm və kitab sərgiləri keçirilir.

Azərbaycanda uşaq ədəbiyyatı və onun yaranmasında da müstəsna əhəmiyyətə malik şerlər, əsərlər yazılıb ərsəyə gəlmişdir.   Uşaq ədəbiyyatı sahəsində maarifçi realist yazıçılardan R.Əfəndiyev, S.S.Axundov, S.M.Qənizadə və İ.Musabəyovun, hər birimizin sevdiyi şair Abulla Şaiq, Mirzə Ələkbər Sabir və adlarını çəkmədiyimizi onlarla yazarın bu sahədə dəyərli əsərləri mövcuddur.Onlar həmçinin uşaqların problemlərini əks elətdirən, onların qayğısından bəhs edən, dövrün uşaqların mütalisəinə göstərdiyi mənfi baxış acısından öz şer və əsərlərində söhbət açmışlar və bu addımla onlar maarifçilik missiyasını həyata keçirmişdilər. Bunu  gələcəyimizə açılan, verilən bir təminat kimi qiymətləndirmək lazımdir. Abdulla Şaiqin Xoruz”, “Keçi”, “Uşaq və dovşan”, “Yetim cücə”, “Təpəl kəlim”, “Dovşan”, , Abbas Səhhətin  “Ana və uşaq”, “İki uşaq”, “Məktəb şagirdi”, “Tənbəl” şerləri,Mirzə Ələkbər Sabirtin ən yaddaqalan şeri “Uşaq və buz” şeri adını çəkdiyimiz maarifçi ideyaları özündə dəyərincə təbliğ edir.