Dünyada son sutkada 348 mindən çox yoluxma
04.03.2021

Dünyada son bir gündə koronavirusa 348 mindən çox yoluxma qeydə alınıb. Visiontv.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı bildirib. Son məlumata əsasən bir gün ərzində infeksiyaya yoluxma ilə bağlı 348 281 hal qeydə alınıb, “COVID-19”dan 7 807 pasiyent ölüb. Beləliklə, dünyada “COVID-19”a yoluxma hallarının ümumi sayı 114 428 211, ölüm hallarının sayı 2 543 755 təşkil edir.

Təhlükəli virusa ən çox yoluxma ABŞ-da qeydə alınıb. Bu ölkədə 28 345 585 nəfər virusa yoluxub. Daha sonra Hindistan (11 139 516), Braziliya (10 587 001), Rusiya (4 278 750), Böyük Britaniya (4 188 404), Fransa (3 717 272), İspaniya (3 130 184), İtaliya (2 955 434), Türkiyə (2 723 316), Almaniya (2 460 030), Kolumbiya (2 255 260) və Argentina (2 118 676) gəlir.