Dünyada koronavirus təxribatını kimlər və nə məqsədlə yayır?
12.03.2020

Dünyanı qorxuya salan koronavirus epidemiyası insanlarda böyük vahimə yaradıb. Lakin bunun arxasında KİV-lər dayanıb.

Visiontv.az-ın verdiyi xəbərə görə, belə ki, COVID-19 virusuna dünyanın 120-dən çox ölkəsində 130 mindən çox insan yoluxsa da, sağalanların sayı da heç də az deyil. Bu günə olan statistika göstərir ki, 68 min 288 nəfər koronavirusdan sağalmağı bacarıb. Dünya üzrə ölüm nisbəti isə 4639 nəfər təşkil edir.

Koronavirusun son 20 ildə qeydə alınan digər kütləvi xəstəliklərdən daha sürətli yayılması və ölüm halları isə dünyada insan sayının artması, böyük şəhərlərdə yaşayan insan sayı ilə əlaqədardır. Məsələn, virusun ilk çıxıb və sürətlə yayıldığı Uhan və ətraf şəhərlərdə 40 milyona yaxın insan yaşayır. Hazırda sosial şəbəkə və internet sayəsində xəbərlərin sürətlə yayılması, paralel olaraq kütləvi ajiotaj və panika yaradan şayiələrin də sürətlə yayılmasına və effektiv təsir qoymasına səbəb olur.

Məsələnin daha bir tərəfi isə koronavirusun hətta adi qripdən az ölümə səbəb olmasıdır. Məsələn, Amerika Xəstəliklərin Önlənməsi və Nəzarət Departamentinin rəqəmlərinə görə, qrip xəstəliyi səbəbi ilə 2019-cu il oktyabrın 1-dən 2020-ci il yanvarın 25-dək ABŞ-da 10-25 min nəfər arası insan ölüb. 180-310 min insan xəstəxanada müalicə alıb, ümumi yoluxma sayı isə 19-26 milyon arasında dəyişir. Bu və oxşar faktlar göstərir ki, koronavirus ajiotajı sünidir.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, koronavirusa yoluxma zamanı ölüm halları, demək olar ki, adi qriplə eynidir - 2-3 faiz. Koronavirusa yoluxma zamanı ölüm halları isə qripə yoluxma zamanı olandan artıq deyil. İnsanlar bu çox da təhlükəli olmayan xəstəliyi yüngül keçirmək üçün sadəcə sağlamlıqlarını gücləndirməlidir. Dünyaca məşhur, nüfuzlu alimlərsə deyirlər ki, koronavirus ətrafında söz-söhbət və təhlükələrin çoxluğu, həqiqətə söykənən, əsaslı dəlillərin isə çox az olması acı gerçəklikdir.

Rusiya Prezidenti Vladimir Putin də hesab edir ki, əksər məlumatlar qəsdən və məqsədli şəkildə yayımlanır. Putin bildirib ki, FTX-nin məlumatına əsasən, koronavirusla bağlı informasiya "tullantıları" çaxnaşma yaratmaq üçün ölkə xaricində hazırlanır. Putin qeyd edib ki, əslində koronavirus mövzusu informasiya müharibəsi aparmaq, sarı mətbuat tərəfindən "klikbeyt" etmək, həmçinin maliyyə bazarları ilə manipulyasiya üçün ideal vasitədir. Ona görə də bu günlərdə informasiyanı başqaları ilə bölüşməzdən əvvəl onu təkrar-təkrar yoxlamağa tənbəllik etməmək xüsusən vacibdir.

Bu tip xəbərlərin geniş yayılaraq təşvişə səbəb olmasında medianın da rolu böyükdür. Müxtəlif mənbələrdən götürülmüş və dəqiqləşdirilməmiş məlumatların yayılması insanlar arasında qorxuya səbəb olur. Həmçinin müxtəlif şəxslər texnologiyanın verdiyi imkanlardan yararlanaraq şayiə və əsasız informasiyaları yüzlərlə insana çatdırır. Əksəriyyət isə heç bir mənbəyi olmayan bu informasiyalara inanaraq təşvizə düşür.

Dünyada mütəmadi olaraq "təşviş dalğaları" dövr edir. Jurnalistlərə zaman-zaman mətbuatda müzakirə edilmiş çoxsaylı "dünyanın sonu" və "ölümcül epidemiyalar" haqqında dərc olunmuş hay-küylü məqalələri seçib-toplayıb, onlar haqqında və doğurduqları əsassız ajiotajın miqyası süni şəkildə artırılır. Koronavirus təhlükəsinə müxtəlif ölkələrin ictimaiyyətinin kəskin reaksiyaları onu göstərir ki, bizim şüurumuz artıq apokalipsis mövzusunda çoxsaylı film və kitablarla işlənib və insanlar bu cür "dəhşətlərə" həvəslə inanırlar. Hökumətlər isə öz cəmiyyətinin təzyiqi altındadır və hazırkı vəziyyətdə - hətta bundan qaçmaq mümkün olan hallarda belə qəti məhdudlaşdırıcı tədbirlərə getməyə məcburdur.

Onu da qeyd edək ki, koronavirus yeni xəstəlik deyil. Bu virus 2003-cü ildə SARS (Şiddətli Kəskin Respirator Sindromu), 2012-ci ildə isə MERS (Yaxın Şərq tənəffüs sindromu) şəklində özünü büruzə vermişdi. Koronavirus təhlükəli xəstəlik sayılır, ancaq ən təhlükəli deyil. Hər koronavirus xəstəsi dünyasını dəyişmir. Bunun faiz göstəricisi zənn edildiyi qədər yüksək deyil. Normal qrip xəstəliyindən ölən insanlar koronavirusdan ölənlərdən 60 dəfə çoxdur. Koronavirusa yoluxanlar əsasən xroniki xəstəliyi səbəbindən immuniteti zəif olanlar və yaşlılardır. Həmin insanlar virusdan qorunmaq üçün daha diqqətli olmalı, immun sistemini gücləndirməlidirlər.

BAKU.WS