Dünya nizaminda fundamental dəyişikliklər: Təhlükəsizlik prioritetdir
Dünya nizaminda fundamental dəyişikliklər: Təhlükəsizlik prioritetdir
21.06.2022 İbrahim Məmmədov Tərəfindən

Prezident İlham Əliyev:

- Dünya 1 il əvvəlkindən fərqlidir;

- Dəyişiklilır fundamental xarakterlidir;

- Dəyişikliklərin nəticələrini proqnozlaşdırmaq çətindir;

- Dəyişikliklər fəsadlarla müşayiət olunur;

- Təhlükəsizlik beynəlxalq miqyasda prioritet məsələyə çevrilib;

- Avropadakı cari vəziyyət proseslərin episentridir.

– BAKIDA FORUM – “QLOBAL” VƏ “İNKLÜZİV”

– ZƏNGƏZUR DƏHLİZİ - SÜLHÜN BAZA ELEMENTİ

-“SİMMETRİK REAKSİYA SİYASƏTİ” FƏALİYYƏTDƏ:

1) “Laçın dəhlizi” varsa, “Zəngəzur dəhlizi” də olmalıdır. İkinci yoxdursa, birinci də yoxdur.

2) “Dağlıq Qarabağ” və “status” məsələsi gündəliyə gətirilirsə, Azərbaycanın haqqı var ki, qanunsuz olaraq Ermənistrana verilmiş və əhalisi zorakı yolla qovulmuş Zəngəzura iddia qaldırsın.

3) Ermənistan Azərbaycanın ərazi bütövlüyü və suverenliyini tanımayacaqsa, Azərbaycan da Ermənistanın ərazü bütövlüyünü şübhə altına alacaq.

4) Revanşist siyasətin şüarları qalacaqsa, Ermənistan “dəmir yumruğu” bir daha sınaqdan keçirməli olacaq.

5) Ermənistan ordusu sərhədlə bağlı birtərəfli yerdəyişmə edirsə, Azərbaycan ordusu adekvat reaksiya verir.

– CƏNUBİ QAFQAZDA İNTEQRASİYA: LEHİNƏ VƏ ƏLEYHİNƏ OLANLAR

- AVROPA KOMİSSİYASI İLƏ ENERJİ DİALOQUNA START VERİLİB

– QLOBAL BÖHRANLAR VƏ AZƏRBAYCANIN MÖVQEYİ

Bu gün dünyanın 3 qlobal təsirli problemi var.

1) Hərbi qarşıdurma və blok qarşıdurmaları;

2) Enerji böhranı;

3) Təminat zəncirinin qırılması səbəbindən ərzaq böhranı.

Hər 3 məsələ ilə bağlı Azərbaycanın mövqeyi pozitivdir və böhranın təsirlərinin azalmasına yönəlib. Qarşıdurmada olanlara dialoq təklif edir və müharibənin əzablarını yüngülləşdirməyə çalışır. Enerji böhranı qarşısında olanlara yardımını təklif edir. Azərbaycan üzərindən nəqliyyat dəhlizi vasitəsilə təminatı təşkil etməy üçün tədbirlər görür.

 

visiontv.az