Dünya dəhşətli partlayışlarla SARSILDI - Gəmilər ard-arda vurulur-Savaş başlayır?
13.06.2019

Oman körfəzində üzən iki neft tankerində şiddətli partlayış baş verib.

VisionTV.az Türkiyənin NTV televiziyasına istinadən xəbər verir ki, İran sahillərinə yaxın ərazidə qeydə alınan partlayışlardan sonra gəmi heyəti sahil ölkələrini təcili köməyə çağırıb. Məlumata görə, tankerlərdən biri batmağa başlayıb. 44 nəfərdən ibarət heyət üzvləri təxliyə edilərək, İrana məxsus dəniz limanına gətirilib.

Gəmilərin Marşal adaları və Panamaya məxsus şirkətlərə aid olduğu bildirilir. Tankerlər, Birləşmiş Ərəb Əmirliklərinə məxsus Əbu-Dabi limanında yüklənən nefti daşıyırmış.

“Tradewinds” portalının iddiasına görə, gəmilər atəşə tutulduqdan sonra partlayıb. Bölgədəki ABŞ donanmasından bildirilib ki, gəmi heyətindən onlara hücuma məruz qaldıqları barədə məlumat daxil olub.

Amerikalı hərbçilər kömək üçün əraziyə cəlb edilib. Hadisənin səbəbləri barədə hələlik rəsmi açıqlama yoxdur.