Dünən Şoyqu silahlı erməni separatçılarını qorumaq və onların çıxarılmasını yubatmaq üşün zəng vurmuşdu
Dünən Şoyqu silahlı erməni separatçılarını qorumaq və onların çıxarılmasını yubatmaq üşün zəng vurmuşdu
03.08.2022 Məhəmməd Əsədullazadə Tərəfindən

Qarabağda Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti nəzarət etdiyi ərazilərdən silahlı erməni birləşmələrinin açdığı atəş nəticəsində Laçın istiqamətində hərbi qulluqçumuz şəhid olub. Qarabağda silahli erməni birləşmələrinin çıxarılması labüddür və bu istiqamətdə Azərbaycan tərəfi bütün vasitələrdən istifadə etməsi mütləqdir.

Dünən Rusiyanın müdafiə naziri Sergey Şoyqu müdafiə naziri Zakir Həsənova zəng edib. Bu zəngin əsas məqsədi silahlı erməni birləşmələrini qorumaq və onların çıxarılmasını yubatmaqdir. Azərbaycan təbii ki, bu reallıqla barışmayacaq.

Qarabağda silahli erməni birləşmələri üçün geri sayım başlayır. Silahli erməni birləşmələrinin qalması, Azərbaycanın bu ərazilərə köçkünlərin qaytarmasını yubadir. Çünki, təhlükəsizlik baxımından Qarabağda silahli erməni birləşmələri vətəndaşlarimızın həyatı üçün təhdiddir. Həmçinin, bu, ermənilərin növbəti dəfə hücumlar təşkil etməsinə gətirəcək.

Əgər, Qarabağda Rusiya hərbiçiləri təhlükəsizliyi təmin edirsə, silahlı erməni birləşmələrinə ehtiyac yoxdur. İkinci, Rusiya hərbçilərinin əsas missiyası burada təhlükəsizliyi qorumaq deyil, silahlı erməni birləşmələrinin təxribatlar etməsi üçün onlara dəstək verməkdən ibarətdir.

Qeyd edim ki, Azərbaycanın Qarabağda hərəkətliliyinə qarşı Moskvanın təhdidləri nəticə verməyəcək. Kreml məcbur qalıb, silahlı erməni birləşmələrinin çıxarılmasını təmin edə bilər. Baş verən proseslər fonunda ABŞ vasitəsiçiliyi ilə ikitərəfli danışıqlar müvəqqəti dayanacaq. Bu ay bir neçə görüş gözlənilirdi. Artıq, bu görüşələrin keçirilməsi dayandırılacaq.

Azərbaycan və Ermənistan liderlərini V. Putin dəvət edib, Rusiyada görüşünü təşkil etməyə çalışır. Həm Azərbaycan, həm də Ermənistan rəhbərliyi Rusiyada belə bir görüşün keçirilməsində maraqlı deyilər.

Rusiya ərazisində görüş maraqlarımızin əleyhinədir və bu növbəti bir neçə ay ərzində proseslərin dondurulmasina xidmət edir.

Məhəmməd Əsədullazadə

siyasi ekspert

visiontv.az