Dubay şeyxinin qaçan arvadı ƏRƏ GEDİR
24.07.2019

Dubayın mütləq hökmdarı, şeyx Məhəmməd ibn Rəşid əl-Məktumun 6 həyat yoldaşından biri olan Şahzadə Haya ilə gizli şəkildə boşanıb.

VisionTv.az  lent.az-a istinadən xəbər verir ki, 30 iyulda Ailə Yüksək Məhkəməsində gözlənilən boşanmanın 20 iyul tarixində gizli formada baş tutması məlum olub. 
"Weeklyblitz" adlı saytda yayılan xəbərə görə, gizli boşanan keçmiş cütlük aliment məsələsində də razılaşıblar və Hayanın uşaqlarını Dubaya göndərməyə razı olduğu da bildirilib. 
Bundan başqa Şahzadənin başqasına aşiq olması və həmin şəxsin Birləşmiş Krallıqdakı şirkətlərin birində mühafizəçi Russell Flowers olduğu və evlənmək istədikləri də iddia edilib. 
Xatırladaq ki, şeyxin arvadının bir neçə ay əvvəl sığınacaq almaq üçün qaçdığı Almaniyadan sonra, Londona getdiyi və 2 uşağı ilə birlikdə orada gizlənməsi məlumatı yayılmış və bu xəbər dünya mediasında geniş müzakirələrə səbəb olmuşdu. 
Bundan başqa şeyxin 33 yaşında olan qızı Şahzadə Lətifənin də keçən il qaçmağa çalışdığı, ancaq tutulduğu iddia edilmişdi. 
Dubay şeyxinin qaçan arvadı ƏRƏ GEDİR