Dövlət Baxçalı Azərbaycan xalqına başsağlığı verib
18.01.2022

Sərhədlərimiz ayrı ola bilər, regionlarımız ayrı ola bilər, ölkələrimiz də ayrı ola bilər; amma kökümüz birdir, taleyimiz birdir, savaşımız birdir, millətimiz birdir, adı da Türk millətidir.

Visiontv.az xəbər verir ki, bunu Türkiyənin Milliyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı partiyasının parlamentdə təmsil olunan üzvlərinin iclasında bildirib.

O, çıxışında 32 il əvvəl Bakıda baş vermiş 20 Yanvar faciəsinə də toxunub.

“20 Yanvar 1990-cı ildə Bakıda ləyaqət və hürriyyətlərinə sahib çıxmaq məqsədilə iradə əxlaqının bayraqdarlığını edən soydaşlarımıza hücum edən keçmiş Sovet İttifaqının əsgərləri, aralarında qadın və uşaqların da olduğu 143 qardaşımızı şəhid ediblər, yüzlərlə qardaşımızı da yaralayıblar. İki gün sonra 32-ci il dönümünü anacağımız Qara Yanvar və ya Qara Şənbə qətliamında şəhid olan və ayrıca Qarabağda şəhid verdiyimiz qardaşlarımıza Allahdan rəhmət diləyirəm”, - Baxçalı vurğulayıb.