22.09.2019
Axtar
Dünya
alt

Donald Tramp ilə Vladimir Putinin görüşü başa çatıb

ABŞ Prezidenti Donald Tramp ilə Rusiya Prezidenti Vladimir Putin arasında görüş başa çatıb.

VisionTV.az  xəbər verir ki, bu barədə RİA "Novosti” məlumat yayıb.

“Danışmaq üçün çox məsələ var. Bütün mövzular müəyyənləşdirilib”,- görüşün əvvəlində V.Putin bildirib.

D.Tramp da öz növbəsində ticarət və tərk-silah məsələləri də daxil olmaqla müzakirə edəcəkləri çoxsaylı mövzunun olduğunu vurğulayıb: “Bizim çox maraqlı müzakirəmiz olacaq”.

Ağ evdən bildirilib ki, prezidentlər İran, Suriya, Venesuela və Ukraynadakı vəziyyəti müzakirə ediblər.

 

Şərh