Diqqət! YUXUSUZLUĞA qarşı ALİMLƏRdən gələn çarə
16.04.2019

Mövsüm həm də yuxusuzluq gətirir...

Yaz mövsümü bilirik ki, yuxu gətirməklə orqanizmimizi tənbəlləşdirir həm də. Bu də təbii ki, bizi gündəlik işimizdən geri qoyur. Nəhayət biz gün ərzinin çox hissəsini yəni günüz vaxtını yatdığımız üçün gecələr yuxusuzluq kimi problem yaşayırıq. Bəs maraqlıdır yazın gətirdiyi rahat ama işimizi geri salan yuxuları necə ertələməli?

 

Yuxunu tənzimləməyin ən sadə yolu yuxu mexanizminə riayət etməkdir deyirlər. Bu zaman yaranan artıq yatma və yuxusuzluq kimi problemlərə əlvida deyə bilərik.

 

ABŞ alimləri sübut ediblər ki, yatmazdan əvvəl başın sərinləşdirməsi, bu adi duş qəbulu ola bilər, yuxusuzluqdan əziyyət çəkənlərə yaxşı gəlir və onlar daha rahat yata bilirlər.

 

Gün rejimini tənzimləmək və aktiv həyat tərzi keçirmək istəyənlərə alimlərin tovsiyələrini təqdim edirik:

 

Nahardan sonra yatmayın

Əgər vaxtından əvvəl yuxunuz gəlirsə, qalxın və başınızı qatın. Əks halda gecə yarısı oyanacaqsınız və səhərə kimi bir daha yata bilməyəcəksiniz.

 

Uzun müddət ofisdə, təbii işıqdan uzaqda oturduğunuz zaman, orqanizmdə melatonin artır ki, sizin yuxunuz gəlir. Əksinə gecə TV işığı, kompüter işığı, otaq işığı və sair melatoninin ifrazını yavaşladır və nəticədə yuxunuz gəlmir.

 

Aşağıdakı məsləhətlərə mütləq diqqət yetirməlisiniz:

 

* Səhərlər gün eynəyi ilə gəzməyin.

 

* Küçədə daha çox vaxt keçirin. Naharda ofisdən bayıra çıxın, bəzi isidici hərəkətlər yerinə yetirin. Evdəsiniz isə, axşam yox məhz günorta həyətə düşün.

 

* Ofis və evdə daha çox gün işığı olmalıdır. Pərdə və jalüzlər daim açıq qalmalıdır, iş masanız pəncərəyə yaxın olmalıdır.

 

* Tv və kompüteri söndürün. Bir çox insanlar tv-ni yatmaq və rahatlaşmaq üçün istifadə edirlər. Bu səhv addımdır, çalışın sakit musiqilərə qulaq asasınız, sevimli tv proqramlarınızı isə yazdırın və günortalar baxın.

 

* Tabletdən gecələr oxumayın. Yaxşı olar ki işıqsız elektron kitablardan istifadə edəsiniz.

 

* Lampaları dəyişin. Otaqda gür işığı daha zəifinə dəyişin.

 

* Yuxu saatında otaqda qaranlıq olmalıdır. Bütün pərdələri bağlayın, elektrik cihazları söndürün.

 

Həmişə sağlam olmaq diləyilə       visiontv.az