Diqqət yönəltdiyimiz əsas məqam fiziki məhdudiyyətləri olan vətəndaşlarımızın məşğulluğudur-deputat Elnur Allahverdiyev
06.06.2020

Bu barədə millət vəkili Elnur Allahverdiyev Facebok səhfəsində fikir bildirib

Bu barədə millət vəkili Elnur Allahverdiyev Facebok səhfəsində fikir bildirib: “Gülnarə xanımın qonağı olduq. Gülnarə Səlimova "GülSam" Əlillərin Reabilitasiyası İctimai Birliyinin sədridir. Onunla və birliyin sədr müavini Vitali İsakovla sosial məsafəni qorumaqla və Operativ Qərargahın tələblərinə riayət edərək maraqlı söhbətimiz oldu. Mövzumuz sosial biznes idi.


Yeni iş yerlərinin açılması və vətəndaşların məşğulluq problemi dövlətin qarşısında duran ən vacib problemlərdən biridir. Diqqət yönəltdiyimiz əsas məqam fiziki məhdudiyyətləri olan vətəndaşlarımızın məşğulluğudur. Ümumi mövqeyimiz bundan ibarətdir ki, bu sahəyə diqqəti artırmalıyıq. Qismət olsa, həmsöhbətlərimin köməyi ilə dairəmizdə fiziki məhdudiyyətləri olan 40 nəfər seçicimizin məşğulluq problemini həll etmək üçün müştərək layihəyə start verəcəyik.


G.Səlimova və V.İsakov kimi biz də bu niyyətimizin reallaşması üçün həvəsliyik və dayanmadan çalışmaq əzmindəyik.
Bacaracağıq, çünki birlikdəyik. Gücümüz birliyimizdədir!”

visiontv.az