Diqqət! Süni mayalanma ilə doğulan körpələrin həyatı təhlükədə ola bilər
04.04.2019

Alimlərin yeni araşdırması-Süni mayalanma ilə xərçəng arasında əlaqə

Qadınların müasir dövrümüzdə sonsuzluqdan əziyyət çəkdiyi hər birimizə aşkardır. Ana olmaq və öz övladını böyütmək istəyi süni mayalanma kimi metodlara müraciət etməyə imkan verib sonsuzluq problemi olan qadınları. Ama unutmamaliyiq ki,bu  bir tərəfdən də uşağın həyatı üçün  risk faktoru daşıya bilər .

Tibb elmində bu barədə yeni araşdırmalar edilib.  Məşhur JAMA tibb jurnalı məlumat verir ki, alimlər uzun illər ərzində apardıqları araşdırma zamanı  bu qənaətə gəliblər. Onlar minlərlə uşağın nəticələrini incələyib, süni mayalanma ilə doğulan uşaqlara ilk 10 ildə xəstəlik diaqnozu qoyulma halları digərlərinə görə 17 faiz daha çox olduğu fikrini  təsdiqləyiblər.

Minnesota Universitetinin araşdırması zamanı süni mayalanma ilə doğulan 276000 uşaqla normal üsulla doğulan 2.27 milyon uşaq müqayisə edilib. Jurnalında yazılanlara görə, uşaqlıq dövrü xərçəngləri ilə süni mayalanma ilə doğulan uşaqlar arasında kiçik əlaqə olduğu müəyyən edilib.

Təbii ki, aşkarlanan bu əlaqə ilə bağlı araşdırmalar davam etdiriləcək. Qeyd edək ki, bəzi alimlər süni mayalanma ilə xərçəng arasında hər hansı əlaqənin olmasını  dogru, bəziləri  isə yalnış hesab edir.

Qeyd edək ki, bu vaxta qədər süni mayalanma ilə 10 milyondan çox uşaq dünyaya göz açıb.