DİQQƏT! Pişikotu(Valreian) bu dərdlərə çarədir...
22.04.2019

Xanımların ev şəraitində istifadə edə biləcəyi min dərdin dərmanı- Pişikotu,oxumağa dəyər!

 

Pişikotu çoxillik ot bitkisi olub pişikotukimilər fəsiləsinə daxildir. Xalq arasında onu valerian da adlandırırlar. Latıncadan valere – sağlam ol deməkdir. Bu bitkinin ilk adı dunayın çənub-qərb sahillərində ilk dəfə onu görənlər tərəfindən verilmişdir. Belə ki, pişikotu müxtəlif xalqlarda və hətta, el arasında müxtəlif adlarla adlandırılmışdır. Yevrey həkim İssak Israel onun valerian adı ilə çağılmasını öz kitablarında qeyd etdikdən sonra bitkinin adı valerian olaraq qalmışdır. Dərman pişikotunun hündürlüyü 1 metrə qədər yüksələ bilir. Onun kökü uzunsov, silindr formasında olur. Dərman pişikotunun köklərindən çoxlu qalın kökcüklər çıxır. Bitkinin gövdəsindən yarpaqları çıxır. Onun çiçəkləri müxtəlif rənglərdə (tünd qırmızı, ağ, qızılgül rəngində,bənövşəyi və s.) olur. Pişikotu yayın əvvəllərində çiçəkləyir, sonra tuxumlayır. Pişikotu adətən nəm, meşəlik ərazilərdə yetişir. Pişikotu kökünün tərkibində su, zülallar, yağlar, karbohidratlar, həll olmayan və həll ola bilən lflər var.  Xalq təbabətində ondan dəmləmə, toz, ekstrat şəklində istifadə edilir. Onun tərkibindəki fito birləşmələr ödqovucu, sakitləşdirici və sidikqovucu təsirə malikdir. Pişikotu vannası orqanizmə sakitləşdirici təsir bağışlayır.

Pişikotu kökündən sakitləşdirici, yuxunu normallaşdırmaq, nevrozları, ürək-damar sitemini, ürəkdöyünməni müalicə etmək məqsədilə istifadə edilir. Astma, miqren, epilepsiya, klimakterik nevroz, qalxanvari vəzi xəstəlikləri zamanı sistemli olaraq pişikotundan istifadə edilir.
Pişikotundan yuxusuzluq zamanı istifadə edilir. Bu məqsədlə 1 çay qaşığı pişikotu kökünü 1 stəkan qaynar suya salıb 4 saat gözləmək və gün ərzində 2-3 dəfə ¼ stəkan içmək lazımdır. Daimi yuxu pozğunluqlarıı zamanı isə yatmazzdan əvvəl bu dəmləmədən 1 stəkan içilir.
Qalxanvari vəzin funksiyasının artdığı zamanlarda, əsəbi oyanqlıqda, isterik reaksiyalarda, epilepsiyada, qıcolmalarda, taxikardiya və ürək nevrozlarında xəstələrə pişpkotu dəmləməsi içmək məsləhət görülür.
Xalq təbabətində ev şəraitində pişikotu covhəri də hazırlanır. Bunun üçün 70*-li spirtin içərisinə 1:5 nisbətdə pişikotu kökü əlavə edilir və bir həftə sərin, qaranlıq yerdə saxlanılır. Bu dərman yatmazdan əvvəl 15 damcı qəbul edilir.
Xalıq təbabətində pişikotunun efir yağlı cövhəri də hazırlanır. Bunun üçün 1:4 nisbətində pişikotu ilə spirt qarışdırırlır və 4 gün qaranlıq yerdə saxlanılır. Sonra bu qarışıma öz həcmindən 2 qat artıq efir yağı əlavə edilib qarışdırılır və yenidən 72 saat qaranlıqda saxlanılır.
Qarın boşluğunda spazmlar, stresslər, əsəbi vəziyyət anlarında, soyuqlamalarda pişikotu cövhərini ilıq suya qatıb içdikdə orqanizm üçün çox faydalıdır.
Pişikotu kökünün toz halına salınmış formasından da xalq təbabətində istifadə olunur. Skarlatina, tif, pnevmoniya,miqren və qadın xəstəlikləri zamanı gün ərzində 1-2 qram qəbul edilir.
Sinir sistemi xəstəlikləri zamanı profilaktika məqsədilə pişikotuundan hazırlanmış likör orqanizmə sakitləşçdirici təsir edir. Bunun üçün 1 xörək qaşığı pişikotu cövhərini 1:1 nisbətdə su ilə qatıb içmək lazımdır.
Soyuqlama zamanı pişikotu dəmləməsinin buxarını iyləmək , göz nahiyəsinə kompres qoymaq xəstəliyin əlamətlərini aradan qaldırır.
Bəzi xəstəliklər zamanı da pişikotu qəbul eləmək əks-göstəriş sayıla bilir. Bu xəstəliklərə aşağıdakılar aiddir:
* xərçəng
* depressiya
* cinsi zəiflik
* qıcqırma, qastroezofaqeal reslyuks
* yüksək təzyiq
* psorias, pevmatoid artrit
* autoimmun xəstəliklər
* psixi gərginliklər
Pişikotunun zərərli xüsusiyyətləri
Tibbi ədəbiyyatda uzun müddət pişikotu dərmanlarından istifadə etməyin mədə-bağırsaq sistemində problemlərin əmələ gəlməsinə səbəb olduğu barədə yazılara rast gəlinir./immunitet.az