12.012.2019
Axtar
Ölkə
alt

DİQQƏT-Çox ərazilərdə qaz olmayacaq

Bu gün səhər saat 09.00-dan etibarən Sanqaçal, Umbakı, Sahil və Əzimkənd qəsəbələri, Bərdə, Tərtər, Ağdam, Yevlax, Goranboy, Ucar və Ağsu rayonları, eləcə də Xudat şəhərinin bir neçə kəndində qaz təchizatı dayandırılıb. 

VisionTV.az  xəbər verir ki, bu, aşkarlanan qaz sızmalarının ləğvi, bəzi yerlərdə qaz kəmərlərinin bir hissəsinin dəyişdirilməsi və payış-qış mövsümünə hazırlıq işləri ilə əlaqədardır. Ağsu rayonunda tətbiq ediləcək qaz dayandırmaları isə zəlzələ vaxtı zədələnmiş, tikintisi başa çatdırılan evlərin qaz sayğaclarının mövcud qaz xətləri üzərinə birləşdirilməsi ilə bağlıdır.

Bundan başqa bu gün saat 09.00-dan işlər başa çatanadək qaz xətlərində aşkar olunmuş qaz sızmalarının ləğvi, yeni çəkilmiş qaz xətlərinin qaz təchizatı mənbəyinə birləşdirilməsi ilə əlaqədar Xətai rayonu, Əhmədli qəsəbəsində bəzi prospekt və küçələrdə də qaz təchizatı dayandırılıb.

 

Şərh