Diqqər yetirin, cənab ali komissar "maraqlarımızın" deyir - Ərəstun Oruclu
Diqqər yetirin, cənab ali komissar "maraqlarımızın" deyir - Ərəstun Oruclu
18.12.2020 Ərəstun Oruclu Tərəfindən

Bir qədər əvvəl (dekabrın əvvəllərində) Avropa Birliyinin xarici əlaqələr komissarı Jozep Borrel bildirmişdi ki, Türkiyə və Rusiya Qarabağda da "astanizasiya" həyata keçirərək (Suriya ilə bağlı Astana anlaşması) həyata keçirirlər və Avropa Birliyini bu məsələlərdən kənarda qoyurlar.

"Biz öz fəaliyyətimizdəki boşluqları aradan qaldırmalı və maraqlarımızın masa üzərində olduğu bütün yerlərdə aktiv fəaliyyət göstərməliyik",- deyə Borrel əlavə etmişdi.

Diqqər yetirin, cənab ali komissar "maraqlarımızın" deyir, "münaqişə tərəflərinin maraqlarının" yox.

Bəli, son 27 ildə gördüyümüz də elə bu oldu ki, bütün vasitəçi tərəflər Azərbaycanın ərazi bütövlüyü üzərində öz maraqlarını təmin etməyə çalışıblar və bunu bu gün də davam etdirirlər.

Odur ki, biz də öz maraqlarımız üçün kimlərəsə boylanmadan özümüz çalışmalıyıq.

Söhbət əsla yeni savaşdan, davamlı gərginlikdən getmir, diplomatiyamız, siyasətimiz bu istiqamətdə daha aktiv və daha səmərəli çalışmalıdır. Yalnız bu halda aparıcı rolu özümüzə qaytarıb, məsələni həll edə bilərik.

Visiontv.az