“Diqlas”ın yerində hansı obyekt tikiləcək? - AÇIQLAMA
24.09.2020

Ötən il martın 26-da dəhşətli yanğın hadisəsi nəticəsində yararsız hala düşən və elə həmin ilin avqustunda söküntüsü başa çatan “Diqlas” ticarət mərkəzinin yerində hələ də heç bir obyekt tikilməyib. Bu ilin əvvəlində sözügedən ərazidə yaşayış binasının tikiləcəyi ilə bağlı söyləntilər olsa da, məlumat təsdiqini tapmadı.

Visiontv.az xəbər verir ki, məsələ ilə bağlı Axar.az-a açıqlama verən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin mətbuat katibi Ramiz İdrisoğlu bildirib ki, həmin ərazidə tikinti işlərinin aparılması ilə bağlı komitəyə müraciət daxil olmayıb.

Bakı şəhər İcra Hakimiyyətindən isə ərazidə hansısa obyektin tikiləcəyi ilə bağlı hələlik məlumat olmadığı bildirilib.