21.010.2019
Axtar
Gündəlik
alt

"Diqlas"da" yanğından zərər çəkənlərin hesabına maddi yardım köçürüldü

Artıq 778 min manat məbləğındə maddi yardım "Diqlas" ticarət mərkəzindəki yanğında zərər çəkmiş 89 sahibkarın bank hesabına köçürülüb.

 

İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, aprelin 4-dən Bakının Nizami rayonunda yerləşən ticarət mərkəzində baş vermiş yanğında zərər çəkmış sahibkarlara maddi yardımın göstərilməsi ilə bağlı sənədlərin qəbuluna başlanılıb.

 

İndiyədək 219 sahibkarın maddi yardımla bağlı ərizəsi qəbul edilib və İşçi Qrupu tərəfindən 161 sahibkara 1146 min manat ödənilməsi qərara alınıb.

 

Qeyd edək ki, ödənişlər "Kapital Bank” və "TuranBank” vasitəsilə həyata keçirilir. Vəsaitlər sahibkarlara bank kartları vasitəsilə nağdsız şəkildə verilir və banklar tərəfindən maddi yardımdan xidmət haqqı tutulmur.

 

Zərər çəkmiş sahibkarlardan sənədlərin qəbulu və maddi yardımın ödənilməsi prosesi davam edir.

xezerxeber.az

Şərh