Daxili İşlər Nazirliyi Bakıda bir qrup feministin aksiya keçirməyə cəhd etməsi ilə bağlı açıqlama yayıb. DİN-in Mətbuat xidmətindən bildirilib ki, aksiya zamanı saxlanılan olmayıb: "Qabaqcadan edilmiş xəbərdarlığa baxmayaraq, aksiya keçirməyə cəhd edən şəxslərin ərazidən uzaqlaşdırılması təmin edilib".