Dilarə əməliyyatdan qorxur - "Cərrahi müdaxilə fəsada çevrilə bilər"
08.11.2019

"Mənə tez-tez sual verirlər ki, estetik əməliyyat keçirmisiz? Buna yeganə cavabım budur: Xeyr!".

Visiontv.az xəbər verir ki, bu sözləri sosial şəbəkədə müğənni Dilarə Kazımova yazıb.

O, əməliyyatdan qorxduğunu açıqlayıb:

"Əməliyyat proseslərinin hər birindən ehtiyat edirəm. Bunu müəyyən faktlara əsaslanıb edirəm. Özümü olduğum kimi sevirəm. Ancaq üzərimdə işləməyə də davam edirəm. Məqsədim, bu gün dünənkindən daha yaxşı olmaqdır. Sizə isə kiçik məsləhətim: özünüzü sevin. Cərrahi, estetik müdaxilə bir fəsada çevrilə bilər. Sadəcə üzərinizdə çalışın. İdeal olmaq öz əlimizdədir. Biz heç nədən sığortalı deyilik. İllər keçər, bəlkə mənim də estetik əməliyyata ehtiyacım olar. O zaman edərəm və məni narahat edən məqamdan azad olaram".

axşam.az