Digahda naməlum varlıq peyda oldu - Mənzillərə daxil olub... (VİDEO)
30.09.2019

Son günlər Digahda baş verən müəmmalı hadisədən bütün sosial şəbəkələr danışır.

VisionTV.az Unikal.org -a istinadən xəbər verir ki, gözə görünən amma tutula bilməyən ağ uzun saqqallı şəxs hər kəsi qorxuya salır. Hadisənin təffərüatlarını araşdırmaq üçün teleaparıcı Amil Xəlil bir gününü Digahda keçirib. Onların sözlərinə görə naməlum varlıq insanlar evlərində olanda mənzilə daxil olur. Oğurluq etmir məqsədi isə bəlli deyil. Söhbət zamanı onlar bildirib ki, naməlum varlıq çox sürətli qaçır, uzun hasarları bir addımlıqda keçir. Hətta onu görüb üstünə gedən kənd sakini də ayaqlarından olub. "Olar? Olmaz!" verilişinə danışan kənd sakinləri artıq gecələr yatmadıqlarını bildiriblər. Sonda teleaparıcının sözləri diqqət çəkib: "O, həbs ediləndə inanıram ki, onun cibindən Maştağa psixatiriya xəstəxanasının kağızı çıxmayacaq..."