Deputatlığa namizədlərin sayı 1447 nəfərə çatıb
24.01.2020

Azərbaycanda 2020-ci ilin fevralın 9-a təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün indiyə qədər 2431 nəfər müraciət edib.

Visiontv.az-ın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov jiurnalistlərə açıqlamasında deyib. MSK sədri bildirib ki, müraciət edənlərdən 2358 nəfərinin namizədliyinin irəli sürülməsi artıq təsdiqlənib: “Onlardan 2247 nəfəri imza vərəqələrini artıq götürüb, 1774 nəfəri imza vərəqələrini qaytarıb, 1447 nəfərin isə deputatlığa namizədliyi  qeydə alınıb”.