11.012.2019
Axtar
Hadisə
alt

Deputatın oğlu 200 km/s sürətlə sürdüyü maşınla ər-arvadı öldürdü

Rusiyalı deputat İlfat İmanqulovun 21 yaşlı oğlu Ruslan İmanqulov Çelyabinsk vilayətinin Kunaşak rayonunda dəhşətli yol-nəqliyyat hadisəsi törədib.

VisionTV.az Ura.ru-a  istinadən  xəbər verir ki, o, avtomobilini saatda 200 kilometr sürətlə idarə edərkən yolu keçmək istəyən iki piyadanı vurub.

Ər və arvad olan piyadalar hadisə yerində ölüb. 

Məlumata görə, qəzada ölən kişi rayon rəhbərinin keçmiş sürücüsü olub. 

Deputatın oğlu polis tərəfindən saxlanılıb. Onu yeddi ilədək həbs cəzası gözləyir.

Şərh