Dənizkənarı Bulvarda Zəfər Yarmarkası keçirilir - FOTOLAR
29.10.2021

Bu gündən Dənizkənarı Bulvarda böyük qələbəmizə həsr olunan Zəfər Yarmarkası fəaliyyətə başlayır. Visiontv.az xəbər verir ki,  yarmarka Bulvar ərazisində Kukla teatrının arxasında yerləşir.

"YAŞAT" Fondunun müdir müavini Rəbiyyə Cəfərova bildirib ki, yarmarka 29 oktyabrdan 9 noyabra kimi davam edəcək. Onun sözlərinə görə, yarmarkada əldə olunan gəlirlər qazilərin və şəhid ailə üzvlərinin müraciətlərinin təmin olunması üçün "YAŞAT" Fonduna ianə olunacaq:

"Yarmarka boyunca ASAN radio və Bakı Mədəniyyət İdarəsi tərəfindən hər axşam konsert tədbirləri təşkil olunacaq. Eyni zamanda, burada müxtəlif mövzularda sərgilər təşkil olunacaq. Müdafiə Nazirliyinin hərbi texnikaları, 44 günlük müharibədə istifadə olunan texnika və avadanlıqlar nümayiş olunacaq. Şirkətlər tərəfindən məhsullar satışa çıxarılacaq. Burada zəfər simvolikasına aid müxtəlif suvenir, qida məhsulları, kitablar və digər məhsullar olacaq".