DƏHŞƏTLİ HADİSƏ : İş yoldaşının üstündən maşınla keçib ÖLDÜRDÜ
17.07.2019

Göygöldə fəhlə faciəvi şəkildə ölüb.

VisionTV.az apa-ya istinadən bildirir ki, rayonun Yeni Qızılca kəndində Ağdaş rayon sakini, "Özgün Yapı Sənayə Ticarət və Anonim" şirkətində sürücü işləyən Qurban İbrahimov "Ford Cargo" markalı avtomobillə onunla eyni şirkətdə fəhlə işləyən Kəlbəcər rayon sakini, Taryel Şirinovun üstündən keçib.

Fəhlə aldığı xəsarətlərdən hadisə yerində keçinib.

Faktla bağlı Göygöl rayon Prokurorluğunda cinayət işi başlanılıb. 
DƏHŞƏTLİ HADİSƏ : İş yoldaşının üstündən maşınla keçib ÖLDÜRDÜ