DƏHŞƏTLİ CİNAYƏT: Toy yasa döndü - 16 yaşlı bəyi öldürdülər - FOTO
24.07.2019

Ankaranın Sincan bölgəsində 16 yaşlı Hüseyn Furkan Koca toy günü öldürülüb.

Furkan Kocanın toyunda baş verən dava onun ölümünə səbəb olub. Qohumlar arasında qız üstündə başlayan dava toya qədər davam edib.

İddia edilir ki, yaranan davanı sakitləşdirmək üçün göyə odlu silahla atəş açıb və güllə qonaqların arasında dayanan bəyin sinəsinə tuş gəlib. Polislər hadisə yerinə gələnə kimi Muhammed G. qaçıb.

Həkimlər xəstəxanaya çatdırılan 16 yaşlı Hüseyn Furkan Kocanın həyatını xilas edə bilməyiblər. 
DƏHŞƏTLİ CİNAYƏT: Toy yasa döndü - 16 yaşlı bəyi öldürdülər - FOTODƏHŞƏTLİ CİNAYƏT: Toy yasa döndü - 16 yaşlı bəyi öldürdülər - FOTO