Dəhşət! Lunaparkda faciəvi qəza karusel ortadan ikiyə bölündü - VİDEO
29.06.2019

Özbəkistanın Cizzak şəhərində yerləşən bir lunaparkda gənclərin böyük maraq göstərdiyi "Adrenalin Max” adlanan əyləncə vasitəsinin qopması nəticəsində faciəvi qəza meydana gəlib.

Qəza anı uşaqlarının əyləncə görüntülərini çəkmək istəyən valideynlərin kameralarına əks olunub. Qəzadan sonra ailələr yerə düşən əyləncə vasitəsinə tərəf qaçaraq uşaqlarını xilas etməyə çalışıb.

 

Özbəkistan Fövqəladə Hallar Nazirliyi hadisə ilə bağlı ictimaiyyəti məlumatlandırıb. Mətbuata verilən məlumata görə, baş verən qəzada 4 uşaq və gənc yaralanıb, 19 yaşlı bir qız uşağı isə həyatını itirib.

Yaralıların xəstəxanada müalicəsinə davam etdiyi bildirilib.