Daxili İşlər naziri üç vəzifəlini işdən çıxardı
07.10.2019

Göygöl Rayon Polis Şöbəsində üç nəfər işdən azad edilib.

VisionTV.az  Oxu.Az-a istinadən xəbər verirki, bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. 

Əmrə əsasən, əməliyyat işləri üzrə rəis müavini, polkovnik-leytenant Cavad Səfərəliyev, cinayət-axtarış bölməsinin rəisi Yasin İsmayılov, Sarısu Polis Bölməsinin rəisi Elşən Quliyev işdən çıxarılıb və sərəncama götürülüb. 

Onların yerinə hələlik təyinat yoxdur.