Daxili İşlər naziri rəisi vəzifəsindən azad etdi
23.09.2020

Daxili İşlər orqanlarında kadr dəyişikliyi olub.

Visiontv.az Unikal.org-a istinadla xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, polis polkovnik-leytenantı Canəli Nuriyev Xaçmaz Rayon Polis Şöbəsinin (RPŞ) İstintaq Bölməsinin rəisi vəzifəsindən azad olunub.

Nazirin digər əmri ilə, o, Səbail rayon Polis İdarəsinin Tədqiqat şöbəsinin rəisi vəzifəsinə təyin olunub.