Daha üç partiya YAP-a qoşulmaq qərarı verib
04.03.2021

Yeni Azərbaycan Partiyasına (YAP) qoşulmaq qərarı vermiş daha bir partiyanın adı məlum olub.

Visiontv.az-ın məlumatına görə, Azərbaycan Demokratik Sahibkarlar Partiyası da YAP-a qoşulmaq üçün müraciət edib.

Azərbaycan Demokratik Sahibkarlar Partiyasının sədri Qasım Qasımov agentliyə açıqlamasında məlumatı təsdiqləyib.

Onun sözlərinə görə, bu barədə qərar martın 2-də partiyanın videokonfrans formatında keçirilmiş qurultayında qəbul edilib.