Daha iki şəhidin adına gəmi dünya sularında üzəcək
Daha iki şəhidin adına gəmi dünya sularında üzəcək
03.07.2022 MEDİA Tərəfindən

"Palmali Holding" şirkətinin növbəti iki  gəmisi İkinci Qarabağ Müharibəsində şəhid olan Xudayar Yusifzadənin və Əli Nəcəfovun adı verilib və dünya sularına yola salınıb.

Bu barədə Visiontv.az-a açıqlamasında şirkətin mətbuat katibi Fidan Quliyeva bildirib.

"Şəhidlərin adını daşıyacaq gəmilərimiz dünya sularına yola salındı.Gəmilərin qarşılanma mərasimində hər iki şəhidin yaxınları,qazilər və bir çox Azərbaycandan gələn şəxslər iştirak edib. Tədbirdə şəhid analarına şirkətin rəhbəri Mübariz Mənsimov tərəfindən  qızıl medallar təqdim olunub.Daha sonra ailələr yola düşəcək gəmilərə dəvət olunaraq gəmini gəziblər", -mətbuat katibi bildirib.

General Polad Həşimov, Vətən müharibəsi şəhidləri Adil İbrahimli, İman və Bəhram qardaşları, Cəbrayıl Dövlətzadədən sonra bu, dəniz sularına yola salınan və Vətən müharibəsi şəhidlərinin adlarını daşıyan daha iki tankerdir.

"Palmalı Holding" şirkəti tərəfindən indiyə kimi 7 gəmiyə Azərbaycan şəhidilərinin adı verilib. Sulara buraxılan gəmilər general şəhid Polad Həşimov,  Pəncəli Teymurov, İman və Bəhram qardaşları, Adil İbrahimli, Xudayar Yusifzadə və Əli Nəcəfovun adını daşıyır.

General-mayor Polad Həşimov 2020-ci il iyulun 14-də Tovuz istiqamətində baş verən şiddətli döyüşlər zamanı Ermənistan Silahlı Qüvvələrinin hücum cəhdinin qarşısını alarkən qəhrəmancasına şəhid olub.

Pəncəli Teymurov 2015-ci ildə kəşfiyyat qrupu ilə Kəlbəcərə keçən Pəncəli 4 erməni zabirin və 20 əsgərin olduğu "Ural” markalı maşını partladaraq onların hamısını məhv edir. 2016-cı ilin aprel hadisələrinin ilk günü Pəncəli öz döyüş yoldaşları ilə erməni təxribatının qarşısını almağa yola düşür. O, ermənilərin bir neçə canlı qüvvəsini və texnikasını məhv edir. Mühasirəyə düşsə də, son damla qanına kimi döyüşür və düşmənə ağır zərbələr endirdikdən sonra şəhid olur.

İman və Bəhrəm qardaşları 2020-ci il İkinci Qarabağ Müharibəsində oktyabrın 27-də Qırmızı Bazar ətrafında gedən gərgin döyüşlər zamanı şəhid olublar. Hər iki qardaş Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

Baş kəşfiyyatçı Adil İbrahimli urovdağ uğrunda gedən döyüşlərdə, Suqovuşan, Füzuli, Hadrut, Xocavənd, Şuşa döyüşlərində iştirak edib. 40 gün vuruşub. Son tapşırığı Şuşada olub və elə orada da böyük şücaət göstərib. Noyabrın 7-də şəhidlik zirvəsinə ucalıb.Prezidentin sərəncamı ilə "Vətən Müharibəsi Qəhrəmanı” medalına layiq görülüb.

Əli Nəcəfov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi Azərbaycanın bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində Hadrut qəsəbəsinin və Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. O, oktyabrın 20-də Cəbrayıl döyüşləri zamanı şəhid olub. Masallı rayonunun Tüklə kəndində dəfn olunub.

Orxan Kərimov