Daha bir yolda piyada keçidi təşkil edildi
07.05.2021

Hövsan şosesinin Hövsan qəsəbəsi, Naximov Yaşayış Massivindən keçən hissəsində cib tipli avtobus dayanacaq məntəqələri və nizamlanan piyada keçidi təşkil edilib.  Bu barədə BNA-dan məlumat verilib.

Bildirilib ki, yaxınlıqda sıx məskunlaşmanın, ictimai-iaşə obyektlərinin olduğunu nəzərə alaraq, piyadaların, sərnişinlərin, o cümlədən əlilliyi olan şəxslərin rahatlığının, təhlükəsizliyinin, əlçatanlığının təmin edilməsi məqsədilə dayanacaq məntəqələrində pavilyonlar quraşdırılıb, panduslar inşa edilib.

Bundan əlavə piyada keçidlərinin nizamlanması məqsədilə çağırıcı qurğu ilə idarə olunan svetoforlar təşkil edilib. Eyni zamanda görmə üzrə əlilliyi olan şəxslərin rahatlığı üçün panduslarda hissediləbilən döşəmələr, svetoforlarda isə səs qurğuları yerləşdirilib.