Daha bir əsgərimiz minaya düşərək şəhid oldu - FOTO
28.02.2021

Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu, əsgər Musayev Səhman Qəşəm oğlu minaya düşərək şəhid olub. Vİsiontv.az bildirir ki, bu barədə "Qafqazinfo"ya Səhman Musayevin yaxınları məlumat verib. Tərxis olunmasına 1 ay qalmış əsgərin Füzuli istiqamətində minaya düşdüyü bildirilib. Şəhidimizin nəşi doğulduğu Göygöl rayonuna gətirilib, bu dəqiqələrdə vida mərasimi keçirilir.

Səhman Musayev Göygölün Şəhidlər Xiyabanında torpağa tapşırılacaq.

Müdafiə Nazirliyindən bildirilib ki, hadisə ilə bağlı məlumat veriləcək.