Daha 4 şirkət koronavirusla mübarizəyə dəstək verib
23.03.2020

Azərbaycanda fəaliyyət göstərən daha 4 şirkət Koronavirusla Mübarizəyə Dəstək Fonduna maddi dəstək göstərib.

Visiontv.az xəbər verir ki, Azərbaycanda kənd təsərrufatı və digər sahələrdə fəaliyyət göstərən Uluaqro, Uluyurd, Muğal və "Time" İş Mərkəzi (PROYEKT MMC) Nazirlər Kabineti yanında Koronavirusla Mübarizəyə Dəstək Fonduna 55 min manat vəsait köçürüb.

Məqsəd Koronavirus (COVID-19) infeksiyasının ölkəmizdə yayılmasının qarşısının alınması istiqamətində dövlət tərəfindən aparılan işlərə və Prezident İlham Əliyevin çağırışına qoşularaq bu xeyirxah işdə dövlətə və vətəndaşlara dəstək ifadə etməkdir.

Qeyd edək ki, Koronavirusla Mübarizəyə Dəstək Fondu Prezident İlham Əliyevin 19 Mart 2020-ci il tarixli Fərmanı ilə ölkədə koronavirus infeksiyasına qarşı preventiv addımlar atılması və mübarizə tədbirlərinin gücləndirilməsi məqsədilə yaradılıb.