Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində koronavirus infeksiyasına ilk yoluxma halı aşkarlanıb.
Visiontv.az xəbər verir ki, bu barədə "Sputnik Armenia" agentliyi məlumat yayıb.
Məlumata görə, Ermənistandan Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ ərazisinə qayıdan ermənidə COVID-19 virusunun olması təsbit edilib.
Koronavirusa yoluxmuş şəxs aprelin 2-də xəstəxanaya yerləşdirilib.