Dağlıq Qarabağ müharibəsində ikiüzlü yanaşmaya şahid olduq – Ərdoğan
22.10.2021

“44 günlük Dağlıq Qarabağ müharibəsində ikiüzlü yanaşmaya şahid olduq.”

Visiontv.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən Türk Şurası Media Forumuna göndərdiyi video mesajda bildirib. 

"Sosial media ictimai sülh üçün təhlükə səviyyəsinə gəlib. Türk dünyası, digital faşizmlə yanaşı beynəlxalq medianın ikili standartlarından da əziyyət çəkib. Xüsusiylə 44 günlük Dağlıq Qarabağ müharibəsi zamanı şahidi olduğumuz ikiyüzlü yanaşma, məsələnin ölkələrimiz baxımından nə qədər əhəmiyyətli olduğunu göstərir. 

Ermənistan ordusunun mülki vətəndaşları hədəf alan qətliam və ballistik raket hücumları  bu prosesdə heç gündəmə gətirilmədi. Media azadlığından və obyektivlikdən bəhs edən beynəlxalq media orqanları Ermənistanın rəsmi xəbər agentliyi kimi hərəkət etdi. Qarabağ müharibəsi ölkələrimiz və Türk dünyasıyla bağlı həqiqətlərə qarşı tətbiq edilən mətbuat embarqosunun nə ilk, nə də son nümunəsidir."

İlahə Əliyeva