Visiontv.az xəbər verir ki, bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb.
Təsdiq edilmiş Tədbirlər Planında nəzərdə tutulan icraçı orqan və qurumlar müvafiq tədbirlərin müəyyən olunmuş icra müddətində yerinə yetirilməsini təmin etmək və görülmüş işlər barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə mütəmadi olaraq məlumat vermək tapşırılıb.