COVID-19 xəstələri bu dərmanları içə bilməz - HƏKİMDƏN XƏBƏRDARLIQ
04.05.2020

Antibiotiklər "heç bir halda" koronavirus və ya digər yoluxucu xəstəliklərin qarşısını almaq üçün qəbul edilə bilməz.

Visiontv.az RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə həkim Yevgeni Komarovski "İnstagram" səhifəsində paylaşım edib.

"Antibiotiklərin viral infeksiyalara qarşı profilaktik təsir göstərməsi iddiası tibbimizin ən böyük miflərindən biridir", - deyə rusiyalı həkim bildirib.

Mütəxəssis hesab edir ki, belə bir müalicə üsulu əksinə, bakterial fəsad riskini artıracaq: "Antibiotiklərdən daha çox istifadə olunur - xüsusilə heç bir səbəb olmadan. Çox miqdarda dərmandan davamlı istifadə zamanı bakteriyaların yayılma ehtimalı daha yüksək olur".