Covid-19-dan sağalmanı ləngidən və sürətləndirən qidalar
21.11.2020

Dünyada hər gün yüz minlərlə insan koronavirusa yoluxur və təqribən eyni sayda insan bu xəstəlikdən sağalır. 

Visiontv.az xəbər verir ki, bu prosesin sürətləndirilməsi üçün insanların qida məhsullarına xüsusi diqqət yetirməsi çox vacibdir.

Mütəxəssislərin fikrincə, koronavirusa yoluxan xəstələrin pəhriz yeməklərinə heyvan və bitki mənşəli faydalı yağların əlavə olunması zəruridir. Məsələn, avokado. Avokado bu sahədə ən qiymətli meyvələrdən sayılır.

Kətan, zeytun və kərə yağı da daxil olmaqla müxtəlif növ yağlara xüsusi diqqət yetirilməlidir. Ancaq koronavirusun müalicəsi zamanı sağalma prosesini ləngidən və bədəni zəiflədən şirin məhsullardan, xəmirli yeməklərdən və buna bənzər digər kulinariya məhsullarından tamamilə imtina edilməlidir. COVID-19-a yoluxan zaman bu məkrli patogendən daha tez xilas olmaqdan ötrü immunitet sisteminin güclənməsinə kömək etməliyik.

Koronavirusa yoluxanlar zülallı məhsullara toyuq, balıq və krevetlərə, müxtəlif növ dənli bitkilərə, meyvə və tərəvəz salatlarına üstünlük verməlidir. O cümlədən göyərti xəstənin masasından mütləq əskik olmamalıdır. Ümumiyyətlə, yaxşı iştaha onu göstərir ki, xəstənin vəziyyəti davamlı olaraq sağalmağa doğru gedir.