Çinin Almaniyaya satdığı maskalar saxta çıxdı
05.05.2020

Çinin Almaniyaya satdığı 108 milyon ədəd maskanın 20 faizinin standartdan kənar olduğu üzə çıxıb.

Visiontv.az İHA-ya istinadən xəbər verir ki, Almaniya Səhiyyə Nazirliyi həmin maskaların istifadəyə yararsız olduğunu açıqlayıb.

Yerdə qalan 80 faizin də yenidən yoxlanışdan keçiriləcəyi bildirilib.

Məlumata görə, Almaniyaya satılan maskalar Çinin “Daddybaby” firması tərəfindən hazırlanıb.