13.08.2020
Axtar
Ölkə
alt

Çingiz Qənizadənin qələbəsi ləğv edildi - SON DƏQİQƏ

Mərkəzi Seçki Komissiyası 80 saylı İmişli-Beyləqan seçki dairəsinin nəticəsini ləğv edib.

Visiontv.az xəbər verir ki, bu barədə MSK-nın bu gün fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərin nəticələrinə həsr olunmuş iclasında məlumat verilib.

MSK katibi Arifə Muxtarova həmin dairədən deputatlığa namizədlər - Hikmət Şirinov və Razim Əmiraslanovun müraciətinə baxıldığını bildirib.

Onun sözlərinə görə, seçkidən sonra səslərin hesablanması zamanı müşahidəçilərin səsverməni hesablamasına komissiya tərəfindən maneə yaradılıb, bəzi məntəqələrdə pozuntular aşkarlanıb. Nəticə etibarilə həmin dairənin nəticələri ləğv edilib.

Qeyd edək ki, 80 saylı İmişli-Beyləqan seçki dairəsindən Çingiz Qənizadə lider namizəd idi.

BAKU.WS

Şərh