2.04.2020
Axtar
Sağlıq-səhiyyə
alt

Çində koronavirusla bağlı vəziyyət yaxşılaşır

Çin Xalq Respublikasında koronavirusla bağlı vəziyyət yaxşılaşmaqdadır.

Visiontv.az-ın TASS-a istinadən verdiyi xəbərə görə, son sutka ərzində virusa yoluxan 1578 nəfər sağalıb, 24 nəfər xəstəliyə yoluxub, 22 nəfər isə həyatını itirib.

Çin Xalq Respublikasının Gigiyena və Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsinin məlumatına görə, ümumilikdə ölkədə koronavirusa yoluxan xəstələrin sayı 80,7 min nəfərə çatıb, onlardan 61,4 min nəfər sağalıb, 3 158 nəfər ölüb.

 

Çindən sonra koronavirusun daha çox qeydə alındığı ikinci ölkə İtaliyadır. İtaliyada 10 mindən çox insan xəstəliyə yoluxub, 631 nəfər ölüb.

Şərh