Çində koronavirusdan ölənlərin sayı 80 nəfərə çatıb
27.01.2020

Çində koronavirusdan ölənlərin sayı 80 nəfərə çatıb, ümumilikdə isə ölkə ərazisində təxminən 2,5 min nəfər bu virusa yoluxub.

Visiontv.az-ın xarici mətbuata istinadən verdiyi xəbərə görə, “South China Morning Post” qəzetinə istinadən xəbər verir ki, bu barədə Çinin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nəşrin yazdığına görə, 2.454 yoluxma hadisəsi Çində, 6 nəfər Honqkongda, 5 nəfər Makaoda və 3 nəfər Tayvanda qeydə alınıb.

“Global Times” qəzetinin məlumatında bildirilir ki, koronavirusun ilk aşkarlandığı Hubey əyalətində xəstəlikdən 76 nəfər ölüb və yoluxanların  ümumi sayı 1423-ə yüksəlib.

Virus artıq Çindən xaricdə - Cənubi Koreya, Yaponiya, ABŞ, Tayland, Kanada, Vyetnam, Sinqapur, Nepal, Fransa, Avstraliya və Malayziyada da qeydə alınıb.

Qeyd edək ki, yeni virus yüksək temperatur, öskürək və boğulma ilə müşahidə olunur.