Çində koronavirus qurbanlarının sayı 132-yə çatıb
29.01.2020

Çinin Hubei əyalətində yeni koronavirusa yoluxanların sayı 5974 nəfərə çatıb, onlardan 132 nəfəri dünyasını dəyişib.

Visiontv.az-ın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə yerli CGTN telekanalı məlumat yayıb.

 “Hubey əyalətində koronavirusdan 25 yeni ölüm hadisəsi qeydə alınıb. Virusa daha və 840 nəfər yoluxub. Ümumilikdə koronavirus yoluxan 3554 nəfər nəzarət altında saxlanılır”, - xəbərdə deyilir.

Virusa yoluxanların ən kiçiyinin cəmi 2 yaşı var.