Çin və ABŞ ticarət əməkdaşlığını gücləndirmək üçün razılaşdı
08.05.2020

Çin və ABŞ ticarət razılaşmasının birinci mərhələsinin icra edilməsi üçün əməkdaşlığı gücləndirmək üçün razılıq əldə ediblər.

Visiontv.az “Haber Global”a istinadən xəbər verir ki, bununla bağlı Çinin Baş nazirinin müavini Liu He, ABŞ Ticarət təmsilçisi Robert və Laytayzer və ABŞ Xəzinə naziri Stiven Mnuçin arasında telefon görüşməsi baş tutub.

Ağ Evdən verilən açıqlamada hər iki ölkənin üzərinə düşən məsuliyyəti yerinə yetirməyinin vacib olduğu bildirilib.

Qeyd edilib ki, hazırda pandemiya ilə bağlı böhran vəziyyətinə baxmayaraq razılaşma çərçivəsində ticarətlə bağlı öhdəliklə də yerinə yetirilməlidir.

Qeyd edək ki, ABŞ koronavirusun Çin tərəfindən bilərəkdən yayıldığını iddia etmiş və iki ölkə arasında gərginlik artmışdı.