22.011.2019
Axtar
Sağlıq-səhiyyə
alt

Çin qadınlarının gözəllik sirləri

Çin qızları, ümumiyyətlə Cənub-Şərqi Asiyanın bütün xanımları gənclik və gözəlliyin sirrini bilən qadınlar olaraq nüfuzlarını möhkəmləndiriblər.

Visiontv.az-ın verdiyi xəbərə görə, həqiqətən də Çində yaşamağa başlayan adamda qadınların yaşını müəyyən etmək cəhdi sonunda uduzacağın əyləncəli bir oyuna çevrilir. İyirmi yaşlı qız on üç, otuz yaşlı qadın 18 yaşlı qız kimi görünür.

Bəs çinli qadınların davranışları bizimkilərdən nə ilə fərqlənir? Gözəllik və gəncliklərini saxlamaq üçün nələr edirlər? Müşahidələrimizi bölüşək:

1. Çin qadınları üz və dəriyə qulluq vasitələrinə əməlli-başlı pul xərcləyirlər (təxminən aylıq 300 dollar, bəzən daha çox-red.). Həm də Çin istehsallı kosmetik vasitələrinə deyil, Yaponiya və Koreya məhsullarına üstünlük verirlər. Daha imkanlı xanımlar bahalı Avropa brendlərindən yararlanırlar. Kişilər qadınların belə israfına normal yanaşır, gileylənmirlər.

Şərh