Çin koronavirusa görə ABŞ-ı ittiham edib
03.02.2020

Çin ABŞ-ı əsassız yerə təşviş yaratmaqda ittiham edib.

Visiontv.az Ria Novosti-yə istinadən xəbər verir ki, Çinin Xarici İşlər Nazirliyinin rəsmisi Hua Çunin bu gün keçirdiyi brifinqdə belə bir fikir səsləndirib:

“Epidemiya başlayandan bir çox ölkələr Çinə yardım və dəstək olub, ancaq ABŞ nəinki Çinə əhəmiyyətli yardım göstərib, əksinə, ən birinci bu ölkə Uhandan konsulluq əməkdaşlarını evakuasiya edib. İlk növbədə onlar səfirlik nümayəndələrinin bir hissəsini çıxartmaq niyyətlərini açıqlayıblar. Ümumdünya Səhiyyə Təşkilatının Çinlə gediş-gəliş və ticarətin dayandırılmasını tətbiq etməmək barədə tövsiyəsinə baxmayaraq, ən birinci onlar Çin vətəndaşlarını ABŞ-a buraxmamağı bəyan ediblər”.

Xatırladaq ki, dünyada koronavirusa yoluxanların sayı 17 min nəfəri, ölənlərin sayı isə 361-i ötüb.