Çin İranı müstəmləkəyə çevirib
29.11.2024

Bundan əvvəl İran neftinin 10 fərqli alıcısı var idi, indi ölkə neftinin 92%-i Çinə satılır. Bu 92 faiz 30 faiz endirimlə təklif edidliyi halda başqa xərclər də İran tərəfindən ödənilir. Buna görə də sanksiyalar İranı Çinin müstəmləkə tələsinə salıb.

Bu sözləri İran Palatasının Araşdırmalar Mərkəzinin başçısı Höccətullah Mirzayi deyib.

O, bununla yanaşı Çinin aldığı neft qarşılığında nağd ödənş etmədiyini, pul yerinə başqa məhsullar, o cümlədən elektrik avtobuslar verdiyini bildirib.

Mirzayi, üstüörtülü şəkildə hakimiyyət nümayəndələrinin də bu vəziyyətdən istifadə etdiklərinə toxunub.

"Çinin bizə neft qarşılığında, öz istədiyi və təyn etdiyi qiymətə verdiy avtobusları Tehran bələdiyyəsi fəxrlə xalqa təqdim edir",- Araşdırmalar Mərkəzinin başçısı vurğulayıb.

visiontv.az