Çilinin paytaxtında 500 mindən çox insan nümayiş keçirir
26.10.2019

Çilinin paytaxtı Santyaqodakı İtaliya meydanına minlərlə insane toplaşıb. Onlar ölkə tarixində ən böyük nümayişi keçirməyi planlaşdırırlar.

Visiontv.az xəbər verir ki, bu barədə yerli “24 Horas” telekanalı məlumat yayıb.

Nümayişçilər meydanla yanaşı, yaxınlıqda olan küçələri də zəbt edib. İzdiham get-gedə artmaqda davam edir. Nümayişin dinc xarakteri daşıdığı və digər şəhərlərdə də keçirildiyi bildirilir.