Ceyhun Səfərov yeni vəzifəyə təyin edilib
05.08.2021

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin sabiq rəisi Ceyhun Səfərova yeni vəzifə verilib. Visiontv.az xəbər verir ki, bu barədə C.Səfər özü məlumat verib.

Onun sözlərinə görə, bundan sonra o, “AzVirt” MMC-nin Baş direktorunun mətbuat və informasiya məsələləri üzrə müşaviri vəzifəsində çalışacaq.

Xatırladaq ki, C.Səfər "Azəriqaz"dan əvvəl uzun illər ATV kanalında fəaliyyət göstərib.